logo

Paytaxtda gəlin qayınanasının qızıllarını oğurladı

19:17 04-10-2019 | icon 2331
Paytaxtda gəlin qayınanasının qızıllarını oğurladı

Bakıda gəlin evdən 6000 manatlıq qızıl-zinət əşyaları oğurlayıb.

 YeniAvropa xəbər verir  ki, bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.Qeyd edilib ki, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini G.Novruzova oktyabrın 2-də evindən naməlum şəraitdə 6000 manat dəyərində qızıl-zinət əşyaların oğurlandığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin gəlini saxlanılıb.