logo

Tbilisidə Avropa Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilir

18:10 04-10-2019 | icon 2317
Tbilisidə Avropa Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilir

Gürcüstanın paytaxtı Tbilisidə Avropa Mətbuat Şuraları Alyansının illik toplantısı öz işinə başlayıb.

YeniAvropa xəbər verir  ki, ölkəmizi toplantıda Azərbaycan Mətbuat Şurasının(MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli təmsil edir.

MŞ-dan bildirilib ki, toplantıda Ə.Amaşov rəhbərlik etdiyi qurumun illik fəaliyyətinə dair məruzə ilə çıxış edib. O, çıxışında Şuranın şikayətləri araşdırması təcrübəsindən söz açıb, iştirakçıları bununla bağlı statistik göstəricilərlə məlumatlandırıb. Şura sədri özünütənzimləmə prosesində qarşıya çıxan problemlərdən də bəhs edib.

Y.Məmmədli isə çıxışında sosial şəbəkələrdə saxta profil yaradılmasının söz və ifadə azadlığını təhdid edən, bu azadlıqlardan sui-istifadə predmeti daşıyan mahiyyətinə diqqət yetirib.

Məlumatda qeyd edilib ki, Ə.Amaşov və Y.Məmmədli, həmçinin, Tbilisidə Şərq Tərəfdaşlığı Ölkələrinin Medianın Özünütənzimləmə Şəbəkəsinin illik toplantısında da iştirak ediblər.