logo

Bərdədə ağır avtoqəzada iki nəfər ölüb

22:40 03-10-2019 | icon 4032
Bərdədə ağır avtoqəzada iki nəfər ölüb

Oktyabrın 3-də saat 1 radələrində Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində Ağcabədi rayon sakini İ.Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

YeniAvropa xəbər verir  ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən biildirilib. Qeyd edilib ki,  hadisə nəticəsində xəsarət almış sürücü və üç sərnişin xəstəxanaya yerləşdirilib.

Sərnişinlərdən Emin Məmmədov və Elgün Kərimov orada ölüb.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.