logo

İranda general Qasım Süleymaniyə sui-qəsd planının üstü açılıb

16:15 03-10-2019 | icon 2856
İranda general Qasım Süleymaniyə sui-qəsd planının üstü açılıb

Oktyabrın 3-də İranın “Tasnim News” xəbər agentliyi general Qasım Süleymaniyə hazırlanan sui-qəsd planının ifşa olunması ilə bağlı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat qrupunun rəhbəri Hüseyn Tayyebiyə istinadla məlumat yayıb.

YeniAvropa  agentliyə istinadla xəbər verir ki, xarici dövlətlərin xüsusi xidmət orqanlarının hazırladıqları plana əsasən, generalın Kirman şəhərində Aşura mərasimi zamanı qətlə yetirilməsi planlaşdırılıb. Plana əsasən Kirmanda keçirilən Aşura mərasimi zamanı iğtişaş yaradılmalı və qarışıqlıqda general Q.Süleymaninin durduğu yerə bomba atılmalı idi.

H.Tayyebi bildirib ki, SEPAH-ın kəşfiyyat qrupu bu planı ifşa edib. Sui-qəsd planını həyata keçirmək istəyən şəxslərdən üçü həbs edilib. Hazırda istintaq davam edir.