logo

Qarabağ atları İstanbul IV Etnospor Mədəniyyət Festivalında çıxış edəcək

11:55 03-10-2019 | icon 287
Qarabağ atları İstanbul IV Etnospor Mədəniyyət Festivalında çıxış edəcək

Oktyabrın 3-də İstanbulda IV Etnospor Mədəniyyət Festivalının açılışı olub.

YeniAvropa xəbər verir  ki, müxtəlif xalqların etnik mədəniyyətlərinin nümayiş olunduğu bu festivalda Azərbaycan, Əfqanıstan, Gürcüstan, Türkmənistan, Nigeriya, Sudan, Qazaxıstan, Mərakeş, Fil Dişi Sahili, Fələstin, İraq, Özbəkistan, Pakistan, Rumıniya və Zimbabve olmaqla dünyanın 16 ölkəsinin nümayəndələri iştirak edir. Bu məqsədlə Azərbaycan Dövlət Sərhəd Xidmətinin 50 nəfərlik heyəti İstanbula səfər edib.

Dünya Etnospor Konfederasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmiz Qarabağ atlarından ibarət suvari dəstə və Dövlət Sərhəd Xidmətinin rəqs ansamblının “Qarabağ atları və Azərbaycan kəlağayısı” kompozisiyası ilə təmsil olunur.

İstanbulun Atatürk Hava Limanında dörd gün davam edəcək festivalda dözüm, qətiyyət və mübarizəni özündə əks etdirən oxçuluq, yağlı güləş, at yarışları, oxatma da daxil olmaqla 12 ənənəvi idman növü üzrə yarışlar keçiriləcək. Festivalda minə yaxın idmançının müxtəlif kateqoriyalar üzrə qızıl medal uğrunda mübarizə aparacağı gözlənilir.