logo

Ermənilərin təxribatları nəticəsində Qazaxda ekskavatorçu həlak olub

21:13 02-10-2019 | icon 2359
Ermənilərin təxribatları nəticəsində Qazaxda ekskavatorçu həlak olub

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttindəki Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir.

YeniAvropa xəbər verir  ki, bu barədə DSX-nin mətbuat mərkəzindən bildirilib.Qeyd edilib ki, oktyabrın 2-də saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskavator düşmən tərəfindən atəşə tutulub. Nəticədə ekskavatorun sürücüsü - mülki şəxs Abışov Səfərəli Ələkbər oğlu güllə yarası alıb.

Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyəsi təmin olunub. Lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Düşmən bölmələrinin atəş nöqtələri cavab atəşi ilə susdurulub.