logo

İham Əliyev Koreya prezidentini təbrik edib

20:17 02-10-2019 | icon 2296
İham Əliyev Koreya prezidentini təbrik edib

Prezident İlham Əliyev Koreya Respublikasının prezidenti  Mun Ce-inə təbrik məktubu ünvanlayıb.    

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Məktubda deyilir:   

"Hörmətli cənab prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və rifah diləyirəm".