Helsinkidə Azərbaycan-Finlandiya siyasi məsləhətləşmələri keçirilib
Helsinki şəhərində Azərbaycan Respublikası və Finlandiya Respublikasının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
YeniAvropa xəbər verir ki, bu haqda Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Azərbaycan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov başçılıq edib. Nazir müavini məsləhətləşmələr çərçivəsində Finlandiya Xarici İşlər Nazirliyinin Dövlət katibi Matti Anttonen və Şərqi Avropa, Rusiya və Mərkəzi Asiya üzrə baş direktoru Maimo Henrikssonla görüşlər keçirib.
Məsləhətləşmələr zamanı iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti təhlil olunub və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan və Finlandiya arasında əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıblar. Xüsusilə də iqtisadiyyat və ətraf mühitin qorunması, peşə təhsili üzrə əməkdaşlıq istiqamətləri, habelə Finlandiyanın iştirakı ilə Azərbaycanda həyata keçirilən Tvinninq layihələri müzakirə edilib.
Xələf Xələfov həmsöhbətlərinə ölkəmizdə aparılan islahatlar haqqında ətraflı məlumat verib.
Görüşlərdə Azərbaycan–Avropa İttifaqı münasibətləri, Finlandiyanın Aİ-ə sədrliyi çərçivəsində müəyyən etdiyi prioritetlər ətrafında fikir mübadiləsi aparılıb. Məsləhətləşmələr zamanı, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və problemin həlli prosesinin hazırkı vəziyyəti müzakirə edilib. Bundan əlavə, tərəflər Xəzər dənizi hövzəsində əməkdaşlıq, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan regional enerji və nəqliyyat layihələri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Helsinkiyə səfəri çərçivəsində X.Xələfov, həmçinin Finlandiya parlamentinin Beynəlxalq əlaqələr komitəsinin sədr müavini, sabiq Xarici İşlər naziri İlkka Kanerva ilə də görüşüb.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir