logo

NATO-nun geniştərkibli nümayəndə heyəti Gürcüstana gəlir

14:47 02-10-2019 | icon 2737
NATO-nun geniştərkibli nümayəndə heyəti Gürcüstana gəlir

Oktyabrın 3-də NATO-nun geniştərkibli nümayəndə heyəti Gürcüstana səfər edəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, iki gün davam edəcək səfər Gürcüstan hökumətinin dəvəti əsasında həyata keçiriləcək.

Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda nümayəndə heyətinə 29 üzv ölkənin daimi nümayəndələrinin və NATO Baş katibinin müavini Rouz Qütemüllerin daxil olduğu bildirilir.

Səfər çərçivəsində NATO-Gürcüstan Komissiyasının görüşü keçiriləcək.

NATO Baş katibinin müavini Gürcüstan prezidenti, baş naziri, parlamentinin sədri və digər dövlət və hökumət nümayəndələri ilə görüşlər keçirəcək. Görüşlərdə Gürcüstanın Avratlantik məkana inteqrasiyası, Cənubi Qafqazdakı münaqişələr, regional layihələr və təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq.