logo

Fransa xalqı mərhum prezident Jak Şirakla vidalaşır

23:19 29-09-2019 | icon 336
Fransa xalqı mərhum prezident Jak Şirakla vidalaşır

Parisdəki Əlillər Sarayında (Les İnvalides) mərhum prezident Jak Şirakla vida mərasimi keçirilir.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, son sosial sorğunun nəticələrinə görə Jak Şirak V Respublikanın ən yaxşı prezidenti olub. Onun fransızlara daha yaxın olduğu qeyd edilib.

Fransızların vida mərasiminə axını nəzərə alınaraq, Əlillər Sarayı sentyabrın 30-u səhər saat 6-dək ictimaiyyətə açıq olacaq. Vida mərasiminə gələnlərə mərhum prezidentin ailəsi onun haqqında hazırladıqları kiçik kitabçaları hədiyyə edirlər.

Vida mərasiminə 30-dək ölkənin dövlət və hökumət başçısı qatılacaq. Sentyabrın 30-da səhər saat 9:30-da Əlillər Sarayı qarşısında hərbi vida mərasimindən sonra mərhum prezidentin tabutu Sən-Sülpis kilsəsinə aparılacaq. Orada sabiq prezidentin ailə üzvləri və yaxınları mərhumla vidalaşacaq.