logo

Özbəkistan DTX-nin sabiq rəhbəri 18 il müddətinə həbs edildi

20:47 28-09-2019 | icon 490
Özbəkistan DTX-nin sabiq rəhbəri 18 il müddətinə həbs edildi

Özbəkistan Dövlət Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri İxtiyar Abdullayev 18 il müddətinə azadlıqdan məhrum edilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Özbəkistanın Ali Məhkəməsi qərar qəbul edib.

İxtiyar Abdullayev rüşvət almaqda, xidməti vəzifəsindən sui-istifadə etməkdə, mütəşəkkil cinayətkar dəstə yaratmaqda təqsirli bilindiyi üçün məsuliyyətə cəlb olunub. O, həmçinin fırıldaqçılıqla məşğul olduğuna, Özbəkistanın maraqlarına cavab verməyən razılaşmalarda, başqasının əmlakını əlindən almaqda da ittiham edilib.

Xatırladaq ki, İxtiyar Abdullayev 2015-2018-ci illərdə Özbəkistanın Baş prokuroru, 2018-ci ilin yanvarından bu ilin fevralına qədər isə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifələrində çalışıb.