logo

Göygöldə ağır avtoqəzada 5 nəfər öldü

13:09 28-09-2019 | icon 3822
Göygöldə ağır avtoqəzada 5 nəfər öldü

Daxili İşlər Nazirliyi (DİN) Göygöl rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi barədə məlumat verib.

DİN-in mətbuat xidmətindən  YeniAvropa-ya bildiriblər ki, sentyabrın 27-də saat 23 radələrində Göygöl rayonunun Quşqara kəndi ərazisində Bayram İbrahimzadə idarə etdiyi “VAZ-2107” markalı avtomobil Ağsu rayon sakini Ş.Bədəlovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə toqquşub. Nəticədə B.İbrahimzadə və avtomobildə olan sərnişinlər - Zamiq Mahmudov, Qüdrət Atakişiyev, Tural İbrahimov və Oruc Hüseynov hadisə yerində ölüblər.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsi tərəfindən təhqiqat aparılır.