logo

İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

19:48 27-09-2019 | icon 2821
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - sentyabrın 28-29-da səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Departamentdən YeniAvropa-ya verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 20-25°, dağlıq rayonlarda 13-18° isti olacaq.

Lənkəran-Astara bölgəsində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 20-24°, dağlıq rayonlarda 15-20° isti olacağı proqnozlaşdırılır.

Qazax-Gəncə zonasında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturunun 23-27° isti olacağı bildirilir.

Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturunun 23-28° isti olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi, lakin sentyabrın 28-də axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 27-32° isti olacağı gözlənilir.

Paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimal edilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-18°, gündüz 22-25° isti olacağı ehtimalı var.