logo

İlham Əliyev Fransa səfirliyində sabiq prezident Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı verib

14:20 27-09-2019 | icon 2716
İlham Əliyev Fransa səfirliyində sabiq prezident Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı verib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Fransanın ölkəmizdəki səfirliyinə gələrək, sabiq prezident, Fransanın görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı veriblər.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. 

Fransanın ölkəmizdəki səfiri Zakari Qros prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşılayıb, sonra İlham Əliyev və xanımı Fransanın sabiq prezidenti Jak Şirakın vəfatı ilə əlaqədar səfirə başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıblar.