logo

Sabah Bakıda 26° isti olacaq, bölgələrdə isə yağış yağacaq 

12:59 27-09-2019 | icon 2345
Sabah Bakıda 26° isti olacaq, bölgələrdə isə yağış yağacaq 

Ölkə ərazisində sentyabrın 28-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-20°, gündüz 23-26° isti, Bakıda gecə 17-19°, gündüz 24-26° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və şərq rayonlarında yağışın leysan xarakterli olacağı proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 25-30° isti, dağlarda gecə 7-12°, gündüz 13-18° isti olacağı bildirilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 28-29-da Abşeron yarımadasında dəyişkən hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.