logo

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu təbrik edib

19:10 26-09-2019 | icon 2541
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu təbrik edib

Prezident İlham Əliyev Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə prezident Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Məktubda deyilir:

"Hörmətli Qurbanqulu Məlikquliyeviç,

Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Türkmənistan əlaqələri qarşılıqlı hörmət, etimad və dəstək prinsipləri ilə səciyyələnir. İnanıram ki, dövlətlərarası münasibətlərimiz və əməkdaşlığımız xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dinamik şəkildə inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə, hörmətli Qurbanqulu Məlikquliyeviç, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".