logo

Rəcəb Tayyib Ərdoğan İstanbuldakı zəlzələ ilə bağlı açıqlama verib

18:51 26-09-2019 | icon 2807
Rəcəb Tayyib Ərdoğan İstanbuldakı zəlzələ ilə bağlı açıqlama verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda baş vermiş zəlzələ ilə əlaqədar kütləvi informasiya vasitələrinə açıqlama verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, ölkə başçısı yeraltı təkanlar nəticəsində ilkin məlumata görə, 8 nəfərin yüngül bədən xəsarətləri aldığını, bir neçə tikilidə zədələr yarandığını bildirib. O, İstanbul körpülərində dağıntıların olması ilə bağlı sosial mediada yayılan məlumatların yalan olduğunu bildirib.

Xatırladaq ki, yerli vaxtla saat 13.59-da İstanbulda 5,8 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra daha 28 afterşok qeydə alınıb.