logo

Sabah atletika üzrə dünya çempionatına start veriləcək

18:08 26-09-2019 | icon 2982
Sabah atletika üzrə dünya çempionatına start veriləcək

Sentyabrın 27-də Qətərin paytaxtı Dohada keçiriləcək atletika üzrə dünya çempionatına start veriləcək.

 YeniAvropa  xəbər verir ki, mundialda 209 ölkədən 1928 idmançı iştirak edəcək. Bu atletlərin 1039-u kişi, 889-u qadındır. Ötən il keçirilən dünya çempionatında qalib olan 44 atletdən 38-i bu il bir daha gücünü sınayacaq.

Dünya çempionatında ölkəmizi baş məşqçi Bəhruz Salehlinin rəhbərliyi altında Nazim Babayev, Aleksis Kopello (üçtəkanla tullanma), Anna Skidan (çəkicatma) və Evans Kiplaqat (marafon) təmsil edəcəklər.