logo

Maştağada  “Mercedes”  piyadanı vurub öldürdü

19:29 25-09-2019 | icon 3885
Maştağada  “Mercedes”  piyadanı vurub öldürdü

Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yolu keçən Sumqayıt şəhər sakini Ziya Mirzəyevi Bakı şəhər sakini V.Nəciyev idarə etdiyi “Mercedes” markalı avtomobillə vurub.

YeniAvropa xəbər verir  ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.