logo

Donald Tramp  İmran Xandan Həsən Ruhani ilə danışıqlarda vasitəçilik etməsini xahiş edib

13:51 25-09-2019 | icon 2807
Donald Tramp  İmran Xandan Həsən Ruhani ilə danışıqlarda vasitəçilik etməsini xahiş edib

ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının vəliəhdi Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Pakistanın baş naziri İmran Xandan xahiş ediblər ki, İran Prezidenti Həsən Ruhani ilə danışıqlar aparsın və vasitəçilik etsin.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, İmran Xan hər iki liderin xahişini yerinə yetirərək vasitəçilik missiyasına başlayıb və H.Ruhani ilə ilk görüşünü də keçirib. Danışıqlar davam edir. İmran Xan danışıqlardakı müzakirə olunan məsələlər haqqında hələlik məlumat verməyin məqsədəuyğun olmadığını nəzərə çatdırıb.

Xatırladaq ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası davam edir. Yuxarıda qeyd olunan görüşlər də Nyu-Yorkda BMT-nin mənzil qərargahında baş tutub.