logo

Sabah Bakıda 27° isti olacaq

13:15 25-09-2019 | icon 2394
Sabah Bakıda 27° isti olacaq

Ölkə ərazisində sentyabrın 26-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19°, gündüz 24-28° isti, Bakıda gecə 16-18°, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85 , gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 25-30°, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 26-27-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü və temperaturun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.