logo

Türkiyədə avtobus qəzasında 8 nəfər ölüb, 8 nəfər yaralanıb

16:34 10-02-2018 | icon 3234
Türkiyədə avtobus qəzasında 8 nəfər ölüb, 8 nəfər yaralanıb

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib. YeniAvropa  "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, mikroavtobusun yük avtomobili ilə toqquşması nəticəsində ilkin məlumata görə, 8 nəfər ölüb, 8 nəfər yaralanıb.

Ankaradan Kahramanmaraş istiqamətində hərəkət edən mikroavtobus hələlik məlum olmayan səbəbdən yük avtomobilinə çırpılıb.

Hadisə yerinə çoxsaylı polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.

Qəzanın səbəbləri araşdırılır.