logo

Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanılıb

10:11 23-09-2019 | icon 2464
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gündə törədilmiş 51 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 26 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş iki ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 23 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 76 nəfər saxlanılıb.