logo

Xələf Xələfov prezidentinin fəxri diplomu ilə təltif olunub

20:52 21-09-2019 | icon 252
Xələf Xələfov prezidentinin fəxri diplomu ilə təltif olunub

Prezident İlham Əliyev sentyabrın 21-də Xələf Xələfovun təltif edilməsi haqqında sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Sərəncamda deyilir:"Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Xələf Alı oğlu Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin".

Qeyd edək ki, bu gün Xələf Xələfovun 60 yaşı tamam olub. 

Xatırladaq ki, Xələf Xələfov 21 sentyabr 1959-cu ildə Ermənistan SSR-də Krasnoselsk rayonunun Cil kəndində anadan olub. !991-ci ildən başlayaraq Azərbaycan RespublikasıXarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.Hazırda xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsidir.