Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının I toplantısı keçirilib
Türkiyənin İstanbul şəhərində Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının birinci toplantısı keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.Qeyd edilib ki, toplantının keçirilməsində məqsəd qarşılıqlı fikir mübadiləsinin aparılması və Koordinasiya Şuralarında birləşən soydaşlarımızın məlumatlandırılmasıdır.
Toplantıda əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov müzakirə olunacaq məsələlərlə bağlı məlumat verib.
Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev Koordinasıya Şuralarını təmsil edən şəxsləri Türkiyədə görməkdən məmnun olduğunu bildirib və onlara uğurlar arzulayıb.
Komitə sədrinin Azərbaycanın diaspor siyasəti, bu istiqamətdə atılan konkret addımlar, xaricdə yaşayan azərbaycanlıların şəbəkələşməsi, müasir onlayn platformalarda birləşərək daha mütəşəkkil fəaliyyətə nail olmaları, eyni zamanda, bu sahənin prioritetlərini özündə əks etdirən dərin təhlil xarakterli çıxışı maraqla qarşılanıb.
Toplantı Koordinasiya Şuralarının bu günə kimi gördükləri işləri əks etdirən hesabatın təqdimatı ilə davam edib.
Vaxtaşırı məsuliyyətsiz bəyanatlarla çıxış edən Ermənistan rəhbərliyinin hərəkətlərinə qarşı Azərbaycan diasporunun, xüsusilə Avropada yaşayan azərbaycanlıların davamlı və sistemli fəaliyyətinin təşkili ilə bağlı müzakirələr aparılıb, onlara adekvat cavabların verilməsinin istiqamətləri müəyyən edilib və bununla bağlı yol xəritəsi hazırlanıb.
Diqqətə çatdırılıb ki, Ermənistanın işğalçılıq siyasətinin, təcavüzkarın heç bir hüquq və mənəviyyat çərçivəsinə sığmayan hərəkətlərinin Avropada daha geniş kütləyə çatdırılması, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində aparılan işlərin daha da dərinləşməsi güclü intellektual potensiala malik olan diasporumuzun da ən mühüm fəaliyyət istiqamətidir.
Bununla yanaşı, Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının I toplantısının iştirakçıları Avropa ölkələrində məskunlaşan bəzi azərbaycanlı mühacirlərin ölkəmizin ümumi mənafeyinə zidd çıxış və hərəkətləri ilə bağlı fikirlərini bildirib, onları ciddi şəkildə qınadıqlarını bəyan ediblər.
Daha sonra Azərbaycan Diasporuna Dəstək Fondunun iş prinsipləri haqqında danışılıb və Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının I toplantısının iştirakçıları Fonda müraciət formaları, layihələrin yazılması və s barədə ətraflı məlumatlandırılıblar.
Toplantıda qarşılıqlı fikir mübadiləsi aparılıb və birgə fəaliyyətin perspektivlərini müəyyən edən yekun qərar qəbul olunub.
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Bu gün 4 rayonda qaz olmayacaq
Salyanda nğqsanlar aşkarlanan məktəbin direktoru işdən çıxarılıb
Mərkəzi Bank uçot dərəcəsini endirib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir
Lənkəranda zəncirvari qəza: Ata və oğul hadisə yerində ölüb
Azərbaycan nefti 87,51 dollara satılır
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 105 il ötür
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
Paytaxtda liftdə baş vermiş bədbəxt hadisə ilə bağlı komissiya yaradılıb
Rəsmi Bakı Rasmussenin hesabatındakı iddiaları qətiyyətlə pisləyib
Aprel ayında Prezidentinin Administrasiyasının vətəndaşların qəbulu CƏDVƏLİ
Yaxın aylarda 50 ailədən ibarət ilk köç Xocalıya yola salınacaq