logo

SOCAR küləkli hava şəraiti ilə əlaqədar 500-dən çox neftçi sahilə çıxarıb

15:32 21-09-2019 | icon 2653
SOCAR küləkli hava şəraiti ilə əlaqədar 500-dən çox neftçi sahilə çıxarıb

Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə 500-dən çox neftçi təxliyə edilib.

 YeniAvropa xəbər verir  ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilib ki, sentyabrın 21-22-də hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar şirkət təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib.

Bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub. Hava və dəniz nəqliyyatları vasitəsilə 500-dən çox neftçi sahilə çıxarılıb.

Mümkün fövqəladə vəziyyətlə əlaqədar mövcud vəziyyət daimi nəzarət altındadır. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir. Sentyabrın 22-si səhər saatlarında hava şəraitinin normallaşması gözlənilir.