logo

Donald Tramp Vladimir Zelenski ilə Nyu-Yorkda görüşəcək

22:37 20-09-2019 | icon 2674
Donald Tramp Vladimir Zelenski ilə Nyu-Yorkda görüşəcək

ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində görüşəcək.

 YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumatı ABŞ administrasiyasının nümayəndəsi BMT Baş Assambleyasının 74-cü sessiyası ilə əlaqədar Donald Trampın Nyu-Yorka səfərinə dair jurnalistlər üçün telefon brifinqində açıqlayıb.

O bildirib ki, Donald Tramp Vladimir Zelenski ilə energetika sahəsində, ticarətin genişləndirilməsi üzrə iki ölkənin əməkdaşlıq imkanlarını, habelə Ukrayna iqtisadiyyatının yenidən qurulmasının davam etdirilməsinin zəruriliyini müzakirə etmək niyyətindədir. BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Donald Trampın Britaniyanın baş naziri Boris Conson və Polşa prezidenti Andjey Duda ilə görüşü də planlaşdırılıb. ABŞ prezidenti, həmçinin Koreya Respublikası, Misir, İraq, Salvador prezidentləri, Pakistan, Yeni Zelandiya, Sinqapur, Hindistan və Yaponiyanın baş nazirləri ilə də görüşəcək.

Sentyabrın 25-də Donald Trampın mətbuat konfransı keçiriləcək.