logo

Azərbaycan atletləri Qətərdə dünya çempionatında güclərini sınayacaqlar

21:19 20-09-2019 | icon 2870
Azərbaycan atletləri Qətərdə dünya çempionatında güclərini sınayacaqlar

Sentyabrın 27-dən oktyabrın 6-dək Qətərin paytaxtı Dohada keçiriləcək atletika üzrə dünya çempionatında iştirak edəcək idmançıların sayı bəlli olub.

 YeniAvropa xəbər verir ki, mundialda 209 komanda olmaqla 1928 idmançı iştirak edəcək. Bu atletlərin 1039-u kişi, 889-u qadındır. Ötən il keçirilmiş dünya çempionatında qalib olan 44 çempiondan 38-i bu il bir daha özünü sınayacaq.

Qeyd edək ki, dünya çempionatında ölkəmizi Nazim Babyev, Aleksis Kopello (üçtəkanla tullanma), Anna Skidan (çəkicatma) və Evans Kiplaqat (marafon) təmsil edəcəklər.