logo

Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edildi

20:50 20-09-2019 | icon 2408
Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edildi

Prezident İlham Əliyev sentyabrın 20-də Nizami Cəfərovun təltif edilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə Nizami Qulu oğlu Cəfərov “Şöhrət” ordeni ilə təltif edilsin".

Xatırladaq ki, Nizami Cəfərov  21 sentyabr 1959-cu ildə anadan olub. Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisinin deputatı, filologiya elmləri doktoru , əməkdar elm xadimi , AMEA-nın həqiqi üzvüdür. Sabah onun 60 yaşı tamam olur.