logo

Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib

18:10 20-09-2019 | icon 2163
Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib

Prezident İlham Əliyev sentyabrın 20-də Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Sərəncamda deyilir: "Mehriban Natiq qızı İmanova Azərbaycan Respublikasının prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilsin".