İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində - sentyabrın 21-22-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Departamentdən YeniAvropa -ya verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun dağətəyi rayonlarda 22-27°, dağlıq rayonlarda 13-18° isti olacağı proqnozlaşdırılır.
Lənkəran-Astara bölgəsində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 26-31°, dağlıq rayonlarda 19-24° isti olacaq.
Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi, lakin sentyabrın 21-də axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturunun 23-28° isti olacağı bildirilir.
Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin sentyabrın 21-i axşamdan 22-si gündüzədək şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturunun 23-28° isti olacağı ehtimal edilir.
Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi, lakin sentyabrın 22-də gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, sentyabrın 22-də şərq küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturunun 27-32° isti olacağı gözlənilir.
Paytaxtda isə sentyabrın 21-i səhərdən 22-si səhərədək güclü şimal küləyi, sentyabrın 22-si gündüz mülayim cənub-qərb küləyi əsəcək. Sentyabrın 21-i axşam, 22-si gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 14-16°, gündüz 19-23° isti olacağı ehtimalı var.
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
Mayın 1-dən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
Çində sayca beşinci “Azərbaycan Ticarət Evi” açılıb
Azərbaycan nefti 89,49 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib