logo

Türkiyədə "S-400" kompleksləri gələn ilin aprelində istifadəyə hazır olacaq

16:17 20-09-2019 | icon 2870
Türkiyədə "S-400" kompleksləri gələn ilin aprelində istifadəyə hazır olacaq

Rusiyadan Türkiyəyə çatdırılan "S-400" zenit-raket kompleksləri dekabrda quraşdırılacaq və 2020-ci ilin aprelində istifadəyə hazır olacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə Türkiyə KİV-lərirespublikanın müdafiə sənayesi katibliyinin rəhbəri İsmayıl Dəmirə istinadla məlumat yayıb. “"S-400"lərin çatdırılması tezliklə yekunlaşacaq. Texniki baxımdan sistemlər dekabrda qurulacaq. Lakin bu o demək deyil ki, onlar istifadəyə hazır olacaq. Çünki hələ personalın hazırlığı, bir sıra texniki məqamlar kimi məsələlər var. Bütün bunlar başa çatdıqdan sonra apreldə sistemlər tam hazır olacaq”, - deyə İ. Dəmir bildirib.

Xatırladaq ki, Türkiyə-ABŞ münasibətlərində böhrana səbəb olmuş yeni hava hücumundan müdafiə sistemlərinin tədarükü sentyabrın ortalarında yekunlaşıb. Birləşmiş Ştatlar Ankaradan bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərini almağı tələb edirdi. Əks-təqdirdə Vaşinqton F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının ləngidiləcəyi və ya tamamilə dayandırılacağı ilə hədələləyirdi. Lakin Ankara güzəştə getməkdən imtina etdi.

"S-400" zenit-raket sistemi aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Hərəkət məsafəsi 400 kilometrə çatan bu sistem hədəfi 30 kilometrədək hündürlükdə vura bilir.