logo

Sinoptiklərdən xəbərdarlıq: Hava şəraiti kəskin dəyişəcək

15:47 20-09-2019 | icon 2422
Sinoptiklərdən xəbərdarlıq: Hava şəraiti kəskin dəyişəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra sentyabrın 21-i səhərdən Mərkəzi Rusiyadan hərəkət edən soyuq atmosfer cərəyanlarının ölkə ərazisinə daxil olması nəticəsində hava şəraitinin dəyişiləcəyi, əlverişsiz keçəcəyi, havanın temperaturun ötən günlə müqayisədə 8-10 dərəcə enəcəyi gözlənilir. Qeyd edək ki, son günlərdə havanın temperaturu iqlim normasından 4 dərəcəyədək yüksək idi.

Departamentdən YeniAvropa-ya bildiriblər ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, sentyabrın 21-i səhər saatlarından başlayaraq şimal-qərb küləyinin saniyədə 18-23 metr olacağı, arabir 25-30 saniyəyədək güclənəcəyi gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində küləyin arabir 35-38 metr/saniyəyədək şiddətlənəcəyi ehtimalı var. Güclü küləyin sentyabrın 22-i səhərədək davam edəcəyi proqnozlaşdırılır. Sentyabrın 21-i axşama doğru, 22-i gecə və səhər yağış yağacağı, gecə saatlarında bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimal edilir.

Azərbaycanın rayonlarında sentyabrın 21-i şimal və qərb rayonlarından başlayaraq sentyabrın 22-si gündüzədək havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, 15-20, arabir 25-30 metr/saniyəyədək güclənəcəyi gözlənilir. Sentyabrın 21-də bəzi Kür vadisi rayonlarda küləyin arabir 35-38 metr/saniyəyədək şiddətlənəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi bildirilir.