logo

Azərbaycana payız fəslinin gəlişinin  vaxtı açıqlanıb

14:59 20-09-2019 | icon 2562
Azərbaycana payız fəslinin gəlişinin  vaxtı açıqlanıb

Payız fəsli Azərbaycana sentyabrın 23-də yerli vaxtla saat 11:50-də daxil olacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib. Onun sözlərinə görə, bu gündən etibarən gecələr uzanmağa, gündüzlər qısalmağa başlayacaq. Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.

Qış fəsli isə ölkəmizə dekabrın 22-də saat 08:19-da qədəm qoyacaq və həmin gün ən uzun gecə olacaq.