logo

Deputat mandatını girov qoyub 300 min dollar borc götürdü və qaytarmadı

14:10 20-09-2019 | icon 2331
Deputat mandatını girov qoyub 300 min dollar borc götürdü və qaytarmadı

Azərbaycanda Milli Məclisin deputatı mandatını girov qoyaraq 300 min dollar borc götürüb. Lakin borcu qaytarmadığı üçün məhkəməyə verilib.

YeniAvropa xəbər verir  ki, həmin deputat Milli Məclisin  hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılovdur.

O,  ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixdə 300 min ABŞ dolları məbləğində borc alıb. Ona borc verən şəxslə deputat ailəvi yaxın münasibətlərdə olub.

Lakin deputat borcu vaxtında ödəyə bilməyib. R.Cəbrayılov hətta borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsinin əslini girov qoyub.

Borcun qaytarılmadığnı görən Fətəliyeva Təranə Rasim qızı Abşeron rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib.

Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Yəni deputatı borcu qaytarmağa məhkum edib.