logo

İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi mərasimdə iştirak edir

13:48 20-09-2019 | icon 2296
İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi mərasimdə iştirak edir

Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə mərasim keçirilir.

YeniAvropa xəbər verir  ki, prezident İlham Əliyev mərasimdə iştirak edir.

Dövlət başçısı tədbirdə nitq söyləyib.

Sonra ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Birləşmiş Ştatların Dövlət katibi Maykl Pompeonun məktubunu oxudyub.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin Beynəlxalq Ticarət üzrə Dövlət katibinin məktubunu oxuyub.

Daha sonra "BP"nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış ediblər.