logo

Gələn il Sumqayıtda şin zavodunun inşasına başlanacaq

12:13 20-09-2019 | icon 2499
Gələn il Sumqayıtda şin zavodunun inşasına başlanacaq

Azərbaycanda şin istehsalı zavodunun yaradılması istiqamətində işlər uğurla gedir. Bu ilin sonunadək texniki-iqtisadi əsaslandırma hazır olacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev sentyabrın 20-də jurnalistlərə müsahibəsində deyib.

“Düşünürəm ki, gələn ilin əvvəllərində Sumqayıt Kimya Sənaye Parkında şin zavodunun inşasına başlanacaq”, - deyə nazir diqqətə çatdırıb.