logo

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Nyu-Yorkda görüşəcəklər

10:59 20-09-2019 | icon 2520
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Nyu-Yorkda görüşəcəklər

Sentyabrın 22-də Nyu-York şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

YeniAvropa xəbər verir  ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd edilib ki, sentyabrın 23-də isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.