logo

Səfir Erkan Özoral Azərbaycan vətəndaşlarının Türkiyədən deportasiyası xəbərini yalanladı

21:40 19-09-2019 | icon 2289
Səfir Erkan Özoral Azərbaycan vətəndaşlarının Türkiyədən deportasiyası xəbərini yalanladı

Bu gün bəzi xəbər saytlarında Türkiyədə qeyri-leqal yaşayan Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiyasına başlanmasına dair yazılar dərc edilib.

YeniAvropa xəbər verir  ki, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral yayılan məlumatları təksiz edib. 

"Həmin xəbərlər həqiqəti əks etdirmir. Türkiyədə yaşayan azərbaycanlıların problemləri məsələsi Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktayın və Azərbaycanın baş naziri Novruz Məmmədovun sədrliyi ilə Bakıda keçirilən Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında da müzakirə olunub.Problemlərin həlli üçün lazımi addımların atılması qərara alınıb",-deyə səfir vurğulayıb.