logo

ABŞ İran prezidenti Həsən Ruhaniyə Nyu-Yorka getməyə vizə vermir

12:47 19-09-2019 | icon 2821
ABŞ İran prezidenti Həsən Ruhaniyə Nyu-Yorka getməyə vizə vermir

İran prezidenti Həsən Ruhaninin BMT Təhlükəsizlik Şurası  Baş Assambleyasının 74-cü sessiyasında iştirakı təxirə düşə bilər.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, İran tərəfinin müraciətinə baxmayaraq, Prezident Həsən Ruhaniyə, Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə və nümayəndə heyətinin digər üzvlərinə viza verilməyib.

Xatırladaq ki, sentyabrın 17-dən Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının 74-cü sessiyası keçirilir.

Qeyd edək ki, İran ilə ABŞ arasında diplomatik əlaqə olmadığı üçün razılaşmaya əsasən bu missiyanı İsveçrənin İrandakı və ABŞ-dakı səfirlikləri yerinə yetirir. İran tərəfi viza ilə bağlı İsveçrənin səfirliyinə müraciət edib. Lakin səfirlik müraciəti ABŞ hökumətinə çatdırsa da, hələlik cavab almayıb.

İranın Xarici İşlər Nazirliyi hesab edir ki, Vaşinqtonun BMT-nin tədbirində iştirak etmək istəyən rəsmi şəxslərə ABŞ ərazisinə daxil olmaq üçün viza verməməsi beynəlxalq qanunlara ziddir.