logo

Yeni sədr AzTV-nin loqosundakı üçbucaqları izah edib

12:15 19-09-2019 | icon 2394
Yeni sədr AzTV-nin loqosundakı üçbucaqları izah edib

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov AzTV-nin yeni loqosunun izahını verib.

YeniAvropa xəbər verir  ki,  R.Məmmədov loqoda niyə  üçbucaq təsvir olunduğunu belə şərh edib:

 “Özlüyündə sadə, lakin düşünürük kifayət qədər müasir formaya malik yeni loqonun elə bir o qədər də sadə rəmzi mənası var. Belə ki, 3 bucağın hər bucağı konkret dövrü ifadə edir: keçmiş, bu gün və gələcək.

1-ci bucaq-Azərbaycan Televiziyası 63 illik zəngin tarixi keçmişə və özünəməxsus ənənələrə, inkişaf yoluna malikdir. Zaman dəyişsə, yeni zövqlər və tələblər meydana gəlsə də biz tariximizə bağlıyıq və atdığımız hər bir addım məhz həmin ənənələrə, kökə söykənməlidir.

2-ci bucaq- Auditoriya uğrunda sözün əsil mənasında gərgin mübarizənin getdiyi müasir günümüzdə biz zamanla ayaqlaşmalı və tamaşaçı zövqünə cavab verməliyik. Deməli, tarixiliklə yanaşı müasir tələblər də əsas götürülməli, müasirliklə ayaqlaşmalı, hətta bəzi prinsiplər dəyişməlidir.

3-cü bucaq- Biz gələcəyə baxırıq və əsas hədəfimiz doğma kanalımızı yalnız Azərbaycanda deyil, MDB məkanında, regionda və bir qədər də qabağa gedərək dünyada aparıcı informasiya vasitələrindən birinə çevirməkdir. Bu yolda dəstəyimiz - müstəqil Azərbaycan dövləti və yorulmadan çalışan böyük yaradıcı kollektivimizdir. Beləliklə, yeni loqo özlüyündə keçmiş dəyərlərə hörmət, müasirlik və yeniliklə ayaqlaşma və gələcək hədəflərə doğru inamla addımlamaq mənalarını təcəssüm etdirir. Vətənimiz, millətimiz üçün xeyirli olsun".