logo

Ermənilər Kəlbəcərdə “bal festivalı” da keçirdilər

10:57 19-09-2019 | icon 2492
Ermənilər Kəlbəcərdə “bal festivalı” da keçirdilər

Ermənilər işğal altında saxladıqları Kəlbəcər rayonunda daha bir tədbir keçirməklə səbrimizə növbəti dəfə dağ basıblar.

YeniAvropa xəbər verir  ki,  sentybarın 14-də Kəlbəcər rayonunda “bal festivalı” keçirən ermənilər bunu bütün dünyaya nümayiş etdiriblər. “Festival"da Dağlıq Qarabağ separatçılarının rəhbəri Bako Saakyan da iştirak edib. 
“Festival"da Qarabağın işğal altında olan rayonlarından toplanmış məhsullar sərgilənib. Hətta Ermənistan da da tədbirə qatılanların olduğu bildirilir.

Qeyd edək ki, ermənilər Kəlbəcər rayonun adını Karvaçar adlandırırlar.

"Modern.az "