logo

Azərbaycan-Moldova ticarət dövriyyəsinin həcmi açıqlanıb

10:11 19-09-2019 | icon 2660
Azərbaycan-Moldova ticarət dövriyyəsinin həcmi açıqlanıb

Cari ilin yanvar-avqust aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 3,5 milyon dollar olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Moldovanın Milli Statistika Bürosundan məlumat verilib.

Bildirilib ki, hesabat dövründə Azərbaycanın Moldovadan idxal etdiyi məhsulun dəyəri 3,3 milyon dollara yaxın olub. Azərbaycandan Moldovaya isə 327 min dollarlıq məhsul ixrac edilib.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 7 milyon dollara yaxın olub.