logo

Ukraynada dollar ucuzlaşmaqda davam edir

20:57 18-09-2019 | icon 2758
Ukraynada dollar ucuzlaşmaqda davam edir

Ukraynada dollar qrivnə münasibətdə ucuzlaşmaqda davam edir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Milli Bankın saytında məlumat yerləşdirilib. Xəbərdə bildirilir ki, bir dollar 24,66 qrivn olub. Bu da ötən günlə müqayisədə 10 qəpik ucuzlaşmaq deməkdir.

Sonuncu dəfə bu göstərici 2016-cı il yanvarın 24-də qeydə alınıb. Ekspertlərin bir hissəsi dolların ucuzlaşacağını, bir qismi isə birdən-birə bahalaşacağını qeyd edirlər. Onlar hesab edirlər ki, bir dollar 28 qrivn dəyərində olacaq.