logo

Sabah Türk Şurasının Budapeşt ofisinin açılışı olacaq

20:12 18-09-2019 | icon 2016
Sabah Türk Şurasının Budapeşt ofisinin açılışı olacaq

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) Budapeşt ofisinin açılışında iştirak edəcək. 

YeniAvropa  "Anadolu" agentliyinə istinadla xəbər verir ki, cümə axşamı keçiriləcək açılış mərasimi ilə bağlı bəyanatı Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto yayıb.

Macarıstanlı nazirin sözlərinə görə, açılış mərasimində Türk Şurasının üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan nümayəndə heyətləri də iştirak edəcəklər. Bu ölkənin baş naziri Viktor Orban nümayəndə heyətlərini qəbul edəcək.

Bəyanatda bildirilir ki, “ofisin açılması Türk Şurası, Türk Akademiyası ilə Şurada müşahidəçi statusa malik olan Macarıstan arasında əməkdaşlığın daha da möhkəmlənməsi baxımından mühüm hadisə olacaq”.