logo

Qazaxıstanda yüksək dövlət vəzifələrinə təyinatlar olub

19:11 18-09-2019 | icon 2639
Qazaxıstanda yüksək dövlət vəzifələrinə təyinatlar olub

Qazaxıstanda yüksək dövlət vəzifələrinə təyinatlar olub. 

 YeniAvropa "Kazinform" agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan prezidenti Kasım Jomart-Tokayevin sərəncamları ilə Yerlan Koşayev Qazaxıstan Respublikası prezidenti administrasiyasının rəhbəri, Krımbek Kuşerbayev dövlət katibi vəzifələrinə təyin ediliblər.

Qazaxıstanın dövlət başçısının digər bir sərəncamı ilə Muxtar Tleuberdi ölkənin yeni xarici işlər naziri təyin olunub. Bundan əlavə,  Roman Sklyar baş nazirin müavini, Qalımjan Koyşıbayev baş nazirin dəftərxanasının rəisi, Beybut Atamkulov sənaye və infrastrukturun inkişafı naziri vəzifələrinə təyinat alıblar.