logo

Mariya Stadnik Azərbaycan idmanında  tarix yazdı

18:13 18-09-2019 | icon 2947
Mariya Stadnik Azərbaycan idmanında  tarix yazdı

Qadın güləşi üzrə milli komandamızın lideri Mariya Stadnik Azərbaycanın idman tarixinə düşüb.

YeniAvropa xəbər verir  ki,  Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında sentyabrın 18-də qızıl medal qazanan M.Stadnik (50 kq) karyerasında ikinci dəfə bu titula sahib olub. O, Azərbaycanın idman tarixində ikiqat dünya çempionu olan ilk qadın güləşçidir.

Xatırladaq ki, Azərbaycanda güləş idmanının tarixində yunan-Roma pəhləvanı Fərid Mansurov iki, sərbəst güləşçimiz Hacı Əliyev isə üçqat dünya çempionu adını qazanıblar.