logo

Azərbaycan-İsrail ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşıb

17:10 18-09-2019 | icon 2653
Azərbaycan-İsrail ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşıb

Cari ilin yanvar-avqust aylarında Azərbaycanla İsrailin ticarət dövriyyəsinin həcmi 989 milyon 366 min ABŞ dolları olub.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Qeyd edilib ki, hesabat dövründə Azərbaycandan İsrailə ixrac edilən məhsulların dəyəri 953 milyon 902 min dollar təşkil edib. İxracın dəyəri ötən ilin eyni aylarına nisbətən 91 milyon 669 min dollar artıb. Belə ki, keçən ilin 8 ayında ölkəmizdən İsrailə 862 milyon 233 min dollarlıq məhsul ixrac edilib.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın İsraildən idxal etdiyi məhsulların dəyəri isə 35 milyon 463 min dollar olub.

Xatırladaq ki, İsrail Azərbaycanın ticarət əməliyyatları apardığı əsas ölkələrin siyahısında 7-ci pillədə qərarlaşıb.