logo

Qubada avtoqəzada 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb

16:13 18-09-2019 | icon 2303
Qubada avtoqəzada 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb

Qubada iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 YeniAvropa xəbər verir  ki,  rayonun Söhüb kəndi ərazisində baş verən qəza nəticəsində 10 JF 130 dövlət nömrə nişanlı, "UAZ" markalı avtomobil aşıb.

Hadisə zamanı avtomobildə olan Zahid Qurbanov və Namiq Rüstəmov ölüb, daha iki nəfər isə yaralanıb. Xəsarət alan şəxslər Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.