Azərbaycanda 6,5 minə yaxın əcnəbi tələbə təhsil alır
2018-2019-cu tədris ilinin sonuna olan məlumata əsasən, yerli ali təhsil müəssisələrində 6 min 500-ə yaxın əcnəbi tələbə təhsil alır.
YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.Qeyd edilib ki, əcnəbi tələbələrin böyük əksəriyyəti Türkiyə, İran, Rusiya, Gürcüstan, İraq, Pakistan, Türkmənistan, Banqladeş, Çin Xalq Respublikası və Nigeriya olmaqla, ümumilikdə 90-dan çox ölkənin vətəndaşlarıdır.
Əcnəbi tələbələrin üstünlük təşkil etdiyi ali təhsil müəssisələri sırasında Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Bakı Slavyan Universiteti yer alır.
Bu ali məktəblərdə təhsil alan əcnəbi tələbələrin əsas hissəsi bakalavriat səviyyəsi və hazırlıq kurslarında təhsil alanlardır. Digər qismi isə magistratura, doktorantura və rezidenturada təhsil alırlar. Tələbələr sırasında tibb, sosial və humanitar elmlər, mədəniyyət-incəsənət və iqtisadiyyat və idarəetmə yönümlü ixtisaslarda təhsil alanlar üstünlük təşkil edir.
2018-2019-cu tədris ilindən etibarən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlər üçün təsis edilən təhsil qrantı proqramından sonra də Azərbaycanda təhsil almaq hüququ qazanmış ölkələrin coğrafi əhatəliliyi genişlənib. Belə ki, uzaq San-Tome və Prinsipi Demokratik Respublikası, Vanuatu, Lesoto və Timor-Leste kimi dövlətlərdən ilk dəfə əcnəbi tələbələr Azərbaycanın ali təhsil müəssisələrinə qəbul edilib.
Qeyd edək ki, Azərbaycanın ali təhsil müəssisələrində əcnəbi tələbələrin təhsilinin təşviqi Təhsil Nazirliyinin prioritet istiqamətlərdən biridir.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir